...

Bakı İES 9 ayda 400 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 22 Oktyabr 2012 14:10 (UTC +04:00)
Bakı istilik elektrik stansiyası (İES) yanvar-sentyabr aylarında 411,4 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edib.
Bakı İES 9 ayda 400 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 22 oktyabr/Trend, müxbir E. İsmayılov/

Bakı istilik elektrik stansiyası (İES) yanvar-sentyabr aylarında 411,4 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, sentyabrda bu göstərici təqribən 47,2 milyon kilovat/saat elektrik enerjisi təşkil edib.

İES-də payız-qış mövsümünə hazırlıq çərçivəsində işlər tamamlanıb. Hazırda Bakı İES dispetçer qrafikinə uyğun işləyir.

Bakı İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz turbin qurğusu fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti