...

ARDNŞ işlənmiş qazların təmizlənməsi üçün yeni texnologiyalar tətbiq edir

Energetika Materials 2 Noyabr 2012 19:04 (UTC +04:00)
Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma komplekslərində yeni xidmət növünün tətbiqinə başlanılıb.
ARDNŞ işlənmiş qazların təmizlənməsi üçün yeni texnologiyalar tətbiq edir

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma komplekslərində yeni xidmət növünün tətbiqinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qərbi Avropa ölkələrində geniş yayılmış bu xidmət növü dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması üçün avtomobilləri "AdBlue" məhlulu ilə təmin etməkdən ibarətdir. Artıq Ukraynanın Odessa və Roven vilayətlərində "SOCAR" brendi ilə çalışan 3 kompleksdə bu məqsədlə müvafiq yanacaq-paylama kolonkaları quraşdırılıb.

Gələcəkdə digər komplekslərin də analoji qurğularla təchiz olunması planlaşdırılır.

Əvvəllər istehlakçılara 10-20 litrlik plastik konteynerlərdə satılan "AdBlue" reagentini artıq SOCAR-ın məntəqələrində əldə etmək mümkündür. Bu isə müştərilər üçün həm rahat, həm də iqtisadi cəhətdən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti