...

Azərbaycanda benzinin monitorinqi bərpa ediləcək

Energetika Materials 12 Dekabr 2012 11:39 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yenidən respublikanın yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın monitorinqini aparmaq niyyətindədir.
Azərbaycanda benzinin monitorinqi bərpa ediləcək

Azərbaycan, Bakı, 12 dekabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yenidən respublikanın yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın monitorinqini aparmaq niyyətindədir. Bu barədə çərşənbə günü Trend-ə komitənin rəhbəri Ramiz Həsənov bildirib.

O qeyd edib ki, bəzi vətəndaşların YDM-dəki yanacağın keyfiyyəti ilə bağlı narazılıqları müşahidə olunur.

Həsənov deyib ki, komitə tərəfindən əvvəllər aparılan monitorinqlər yanacağın keyfiyyətinə müsbət təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti