...

Sabah iki rayonda qaz olmayacaq

Energetika Materials 16 May 2013 16:56 (UTC +04:00)
Quba və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah iki rayonda qaz olmayacaq

Azərbaycan, Bakı, 16 may /Trend/

Quba və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, mayın 17-də saat 09:00-dan saat 17:00-dək "Quba" qazpaylayıcı stansiyasından qidalanan "Quba ölçü qovşağı"nda, saat 10:00-dan 17:00-dək isə "Xaçmaz" avtomatik qazpaylayıcı stansiyasından Xaçmaz rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba şəhərinə və Xaçmaz rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti