...

Dünyaya yüksək effektli yeni metanol əsaslı yanacaq - GEM Fuel təqdim edildi

Energetika Materials 8 İyul 2013 15:08 (UTC +04:00)
Bu yaxınlarda Yunanıstanda keçirilmiş avtomobil yarışlarında dünyaya yeni, daha da təkmilləşdirilmiş və yüksək effektli metanol əsaslı yanacaq - GEM Fuel təqdim edildi.
Dünyaya yüksək effektli yeni metanol əsaslı yanacaq - GEM Fuel təqdim edildi

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Bu yaxınlarda Yunanıstanda keçirilmiş avtomobil yarışlarında dünyaya yeni, daha da təkmilləşdirilmiş və yüksək effektli metanol əsaslı yanacaq - GEM Fuel təqdim edildi. GEM Fuel digər yanacaq növlərini iki əsas istiqamət üzrə - avtomobilin yüksək məhsuldarlığı və ondan istifadənin planetimiz üçün zərərsiz olmasına görə üstələyən yarış avtomobilləri üçün yeni yanacaqdır.

GEM Fuel 42% bio-metanol, 37% benzin və 21% bio-etanol tərkibli üç yanacaq növünün sintezidir. Bu yanacaqla işləyən avtomobilin havaya buraxdığı CO2 qazının həcm göstəricisi adi benzinlə müqayisədə 70%-dən daha azdır. Yeni yanacaq "GUTTS" şirkəti tərəfindən Niderlandda istehsal olunur.

Yüksək məhsuldarlığa malik olan bu yanacaq növü çox arzu olunan xarakteristikalar təklif edir: mühərrikin yüksək effektivliyi, gücü və metanol kimi ekoloji təmiz xammaldan istifadə olunması sayəsində havaya buraxılan CO2 qazının miqdarının xeyli dərəcədə azaldılması. Bütün bunlar GEM Fuel yanacağını real olaraq yeni intellektual təkmilləşdirilmiş bio-yanacaq olmasını şərtləndirir.

Bu nadir yanacaq yarış avtomobilləri üçün ekoloji təmiz yanacaq növlərinin istehsalçısı olan "GUTTS" şirkəti ilə "BioMCN", "Abengoa", "Methanex", "Eurol" şirkətləri və ABŞ`ın Metanol İnstitutu arasındakı tərəfdaşlığın nəticəsində işlənib hazırlanmışdır.

GEM Fuel yanacağının konsepsiyası "Lotus Engineering" və "BioMCN" şirkətlərinin birgə əməkdaşlığı ilə 2011-ci ildə işlənib hazırlanmış, hərtərəfli surətdə sınaqdan keçirilmiş və patentləşdirilmişdir. 2012-ci ilin əvvəllərində "BioMCN" şirkəti "GUTTS" şirkəti ilə birlikdə bu yanacağın istehsalına başlamışdır.

Mühərrikin çox effektiv işi ilə yanaşı, enerjinin saxlanması nöqteyi nəzərindən GEM Fuel məlum alternativ yanacaq növlərinin əksəriyyəti ilə müqayisədə ən yaxşı göstəricilərə malikdir. Ekoloji səmərəliliyinə görə GEM Fuel yarış avtomobillərinə doldurulan standart yanacaqdan üstündür və bütün səmərəli opsiyalardan ən yaxşı tərzdə istifadə olunmasına imkan verən iki dəfə daha effektiv olan təkmilləşdirilmiş bio-yanacaqdır.

Yunanıstanda keçirilmiş Akropolis Ralli yarışlarında GEM Fuel ilk dəfə olaraq FIA 2013 Junior WRC (Beynəlxalq Avtomobil Federasiyasının Gənclər arasında Ralli üzrə Dünya Çempionatı) avtomobil yarışları üçün rəsmi yanacaq kimi istifadə olunmuşdur. 10 pilot GEM Fuel yanacağını dünyanın ən çətin sahələrində ilk dəfə olaraq sınaqdan keçirdilər. GEM Fuel bütün bu sərt yarış mərhələlərində davamlılıq nümayiş etdirərək, özünü etibarlı və səmərəli enerji mənbəyi kimi göstərdi.

Rallidən əvvəl Junior WRC federasiyası mətbuat üçün brifinq təşkil edərək, GEM Fuel yanacağını dünya miqyasında təqdim etdi. "GUTTS" şirkəti və onun tərəfdaşları olan "Abengoa", "BioMCN", "Eurol", "Methanex" şirkətləri və Metanol İnstitutu GEM Fuel yanacağının Yunanıstanda çox uğurlu olan buraxılışını qeyd edirlər. Onların nümayəndəsi Edvard Qussens bunları deyib: "Yarışların keçirildiyi şərait çox mürəkkəb, uzun və isti idi, lakin bu yanacaq əsl XƏZİNƏ çıxdı! Yanacağın effektiv işindən bütün pilotlar çox razı qaldılar. İndi biz məlumatların təhlili üzərində işimizi və tədqiqatları davam edirik və GEM Fuel haqqında dünyaya daha ətraflı məlumat verəcəyik."

Mənbə: http://gemfuel.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti