...

Gürcüstanda yeni qaz kəmərlərinin açılışı olub

Energetika Materials 14 Oktyabr 2013 18:05 (UTC +04:00)
Oktyabrın 14-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı və Kvareli rayonunun Qremi kəndlərində “SOCAR Georgia Gas” şirkəti tərəfindən çəkilmiş yeni qaz kəmərlərinin açılışı olub.
Gürcüstanda yeni qaz kəmərlərinin açılışı olub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Oktyabrın 14-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı və Kvareli rayonunun Qremi kəndlərində "SOCAR Georgia Gas" şirkəti tərəfindən çəkilmiş yeni qaz kəmərlərinin açılışı olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimlərində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Gürcüstanın energetika naziri Kaxa Kaladze, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, şirkətin Gürcüstandakı numayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirlərdə qeyd olunub ki, "SOCAR Georgia Gas" şirkəti azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli regionunda tikinti və təmir işlərini uğurla davam etdirir. 2009-cu ildən bu günə kimi Marneuli şəhərində və Marneuli rayonunun kəndlərində 404 kilometrlik qaz kəməri çəkilərək istismara verilib, 9742 abonent təbii qazla təmin olunub. Sadaxlı kəndində 1944 abonentin təbii qaza olan ehtiyacını ödəmək üçün uzunluğu 74,5 kilometr olan qaz kəməri çəkilib.

Hazırda Kirovka, Tekalo, Sadaxlı, Damiya-Güraxlı kəndlərində tikinti-montaj işləri, Şulaver kəndində iki korpusun tikintisi, Qaçağandan Tekaloyadək xəttin çəkilişi davam edir. Burada 3007 abonentin təchizatı üçün uzunluğu 114 kilometr olan qaz kəmərinin tikilib istismara verilməsi nəzərdə tutulub. İlin əvvəlində Kvareli rayonunun Qremi kəndində 2,6 kilometrlik kəmər çəkilərək təhvil verilib, 46 abonent qazla təmin olunub. Hazırda burada 258 abonent üçün 9,3 kilometrlik qaz kəmərinin tikinti-montaj işləri davam etdirilir.

Kvareli şəhərində və Kvareli rayonunun kəndlərində artıq 170 kilometr uzunluğunda qaz kəməri istismara verilib, 4852 ailə təbii qazla təmin olunub. Qremi və Eniseli kəndlərində tikinti-montaj işləri başa çatdıqdan sonra daha 840 abonent qazla təmin olunacaq.

Ümumilikdə 2013-cü ilin sonuna kimi Marneulidə 518 kilometrlik qaz kəmərinin çəkilişi və 12 749 abonentin təbii qazla təminatı, Kvarelidə isə 196 kilometrlik qaz kəmərinin çəkilişi və 5692 abonentin təminatı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti