...

ARDNŞ: Uzunmüddətli əməkdaşlıq Azərbaycan qazının Avropaya tədarükünün təminatında vacib aspektdir

Energetika Materials 12 Mart 2014 15:33 (UTC +04:00)
Uzunmüddətli və dayanıqlı əməkdaşlıq Azərbaycan qazının Avropaya tədarükünün təminatı baxımından vacib aspektdir.
ARDNŞ: Uzunmüddətli əməkdaşlıq Azərbaycan qazının Avropaya tədarükünün təminatında vacib aspektdir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/

Uzunmüddətli və dayanıqlı əməkdaşlıq Azərbaycan qazının Avropaya tədarükünün təminatı baxımından vacib aspektdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən "2020-ci il və sonra: iqtisadi inkişafın sürətləndirilməsi" investisiya sammitində deyib.

Onun sözlərinə görə, Xəzər regionundan Avropaya qaz tədarükünü təmin edəcək qaz nəqli infrastrukturunun yaradılması reallığa çevrilib və bu infrastruktur digər ölkələr üçün əlçatan olacaq: "Biz digər ölkələrlə əməkdaşlığa hazırıq və bunun üçün infrastruktur hazır olacaq".

Sammit zamanı İtaliya-Azərbaycan İnstitutunun (ITAZERCOM) rəhbəri xanım Manuela Traldi bildirib ki, Avropa da Türkmənistanın Xəzər qazının Avropa İttifaqı ölkələrinə tədarükü prosesində iştirakına maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti