...

Bakı NEZ-in daha bir qurğusunda təmir işlərinə başlanılıb

Energetika Materials 18 Aprel 2014 15:41 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) əsas qurğularından sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusu əsaslı təmirə saxlanılıb.
Bakı NEZ-in daha bir qurğusunda təmir işlərinə başlanılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) əsas qurğularından sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusu əsaslı təmirə saxlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qurğunun vakuum kolonunun bütün quruluşunun dəyişdirilməsinə başlanılıb. Bu işlər mövcud vakuumyaratma sisteminin yenidən qurulması istiqamətində yerinə yetirilir.

Təmir zamanı qurğunun K-2 atmosfer kolonu yoxlanılacaq, sıradan çıxmış boşqablar dəyişdiriləcək, vakuum bölməsində 4 ədəd İD-7 istidəyişdiriciləri yeniləri ilə əvəz olunacaq. Qurğunun S-1/2, S-1/3 sobalarının radion hissəsinin bütün borularının dəyişdirilməsi istiqamətində işlər davam etdirilir, sobaların nəqliyyat xətləri, S-1/1 sobasında çıxış xətləri və S-3 sobasının forsunkaları yeniləri ilə əvəz olunur.

Təmir işlərinin vaxtında və lazımi səviyyədə aparılması üçün "Bərpa AS" MMC, 16 nömrəli İnşaat İstehsalat Təsərrüfat Tresti, "Azərneftyanacaq Təmir-Tikinti" QSC, "Təmir-tikinti-servis" MMC-nin işçiləri, habelə zavodun 13 nömrəli Təmirquraşdırma sahəsinin təmirçi briqadaları və 2 nömrəli istehsalat sahəsinin bütün texniki personalı gərgin əmək sərf edirlər. İlkin emal qurğusunun vakuum bölməsində təmir işlərinin 30 gün, atmosfer bölməsində isə 21 gün aparılması nəzərdə tutulur.

Xatırladaq ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yüksək oktanlı benzin istehsal edən katalitik krekinq qurğusunda da əsaslı təmir işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti