...

Gürcüstanda elektrik enerjisinin təchizatı tam bərpa edilib

Energetika Materials 28 İyul 2014 10:46 (UTC +04:00)
İyulun 28-də səhər saatlarında Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.
Gürcüstanda elektrik enerjisinin təchizatı tam bərpa edilib

Gürcüstan, Tbilisi, 28 iyul /Trend, müxbir Nana Kirsxaliya/

İyulun 28-də səhər saatlarında Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi bərpa edilib. Bunu Trend-ə Gürcüstan Energetika Nazirliyindən deyiblər.

Dünən saat 22:30-da Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi dayandırılmışdı. Buna 500 kilovatlıq "İmereti" və 200 kilovatlıq "Kolxeti-2" elektrikötürücü xətlərində qəza səbəb olub.

Xüsusi briqadalar qəzanın səbəbini öyrənmək üçün hadisə yerlərinə yollanıblar.

Qeyd edək ki, yüzlərlə sərnişin Tbilisi metrosunda qalıb, onları təxliyyə etmək mümkün olub. Bundan başqa, dəmiryolda elektrik enerjisinin təchizatı pozulduğuna görə qatarlar 3 saat gecikmə ilə ünvana çatıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti