...

Rusiya qazının Ermənistana nəqli dayandırılıb

Energetika Materials 21 Avqust 2014 12:45 (UTC +04:00)
Gürcüstanda magistral qaz kəmərində baş vermiş qəza səbəbindən avqustun 20-dən Rusiya qazının Ermənistana nəqli müvəqqəti dayandırılıb.
Rusiya qazının Ermənistana nəqli dayandırılıb

Gürcüstan, Tbilisi, 21 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanda magistral qaz kəmərində baş vermiş qəza səbəbindən avqustun 20-dən Rusiya qazının Ermənistana nəqli müvəqqəti dayandırılıb. Bu barədə Trend Gürcüstan Neft və Qaz Korporasiyasına istinadən məlumat verir.

Məlumata görə, Rusiya tərəfi yerli vaxtla saat 23:45-də baş vermiş qəza barədə məlumatlandırılıb.

Qaz kəməri sel axınının Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Devdorak dərəsinə yığılması nəticəsində zərər görüb. Qəzanın nə vaxt aradan qaldırılacağı barədə məlumat verilmir.

Məlumata görə, qəza aradan qaldırılanadək Ermənistanın qazla təchizatı bu ölkənin qaz anbarlarındakı qaz ehtiyatı hesabına təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti