Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Səudiyyə Ərəbistanının energetika naziri Əli Al-Naimi hesab edir ki, tezliklə neft bazarları qiymətlərin düşməsindən sonra bərpa olunacaq, və "qara qızılın" dəyəri artacaq.
Bu barədə Trend-in RİA Novosti agenliyinə istinadən məlumat verir.
"Mən əminəm ki, neft bazarları bərpa olunacaq... və neftin qiyməti" artacaq", - nazir bildirib.
Onun sözlərinə görə, "qara qızılın" qiymətinin enməsi səbəblərindən biri OPEK-ə daxil olmayan neft istehsalçı ölkələr arasında kifayət etməyən qarşılıqlı əlaqələrin olmaması, informasiya qıtlığı və spekulyantların tamahkar motivləridir.
Nazir həmçinin qeyd edib ki, neftin qiymətin düşməsi Səudiyyə Ərəbistanının və başqa ərəb ölkələrinin iqtisadiyyatın durumuna təsir etməyəcək.