...

XİN: Türkiyə, Azərbaycan və Türkmənistan əhəmiyyətli enerji layihələrini müzakirə edəcəklər

Energetika Materials 29 Yanvar 2015 11:06 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Türkmənistan təkcə region üçün deyil, eləcə də Avropa üçün əhəmiyyətli olan enerji layihələrini müzakirə edəcəklər.
XİN: Türkiyə, Azərbaycan və Türkmənistan əhəmiyyətli enerji layihələrini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan, Türkiyə və Türkmənistan təkcə region üçün deyil, eləcə də Avropa üçün əhəmiyyətli olan enerji layihələrini müzakirə edəcəklər. Trend cümə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, bununla əlaqədar Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin bugünkü görüşü mühümdür.

Çavuşoğlu qeyd edib ki, bundan əlavə, üç ölkənin birgə fəaliyyət göstərməsi də mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 29-da Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti