...

Azərbaycanda iri qazma qurğusu yenilənir

Energetika Materials 1 İyun 2015 05:27 (UTC +04:00)
Azərbaycanın hazırda Bakı gəmiqayırma zavodunda təmirdə olan yarımdalma qazma qurğusu “Dədə Qorqud”a birinci dizel generatoru yüklənib.
Azərbaycanda iri qazma qurğusu yenilənir

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın hazırda Bakı gəmiqayırma zavodunda təmirdə olan yarımdalma qazma qurğusu "Dədə Qorqud"a birinci dizel generatoru yüklənib. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə platformada 4 generator quraşdırılacaq:

"Bu gün birinci dizel generatoru platformaya yüklənib. Ümumilikdə 4 dizel generatoru quraşdırılacaq ki, bu da "Dədə Qorqud" qazma qurğusunun yenilənməsində əsas məqsəddir. Bu zaman digər avadanlıqlar da dəyişdirilib. Sonrakı günlərdə qalan bütün generatorlar platformaya yüklənəcək, daha sonra onların yerləşdirilməsi, bərkidilməsi və sınaqdan keçirilməsi işləri başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti