...

Səfir: Gürcüstan Bakı-Supsa neft kəməri məsələsini həll etdi

Energetika Materials 7 Avqust 2015 16:41 (UTC +04:00)
Gürcüstanın tanınmamış separatçı regionu Cənubi Osetiyanın Bakı-Supsa neft kəmərinə toxunan sərhədlərinin köçürülməsi məsələsi tamamilə həll edilib.
Səfir: Gürcüstan Bakı-Supsa neft kəməri məsələsini həll etdi

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elmira Tarıverdiyeva/

Gürcüstanın tanınmamış separatçı regionu Cənubi Osetiyanın Bakı-Supsa neft kəmərinə toxunan sərhədlərinin köçürülməsi məsələsi tamamilə həll edilib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

O, qeyd edib: "Bu fəaliyyətə xüsusilə Gürcüstan-Azərbaycan əlaqələrində gərginlik yaratmaqda maraqlı olan şəxslərin təxribatı kimi baxırıq".

Səfirin sözlərinə görə, bundan başqa, Gürcüstan adıçəkilən boru kəməri marşrutunu mühafizə etmək üçün digər metodlardan da istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti