Heydər Əliyevin misilsiz xidmətləri bu gün də ölkə kimyasının uğurlarının etibarlı təminatıdır (FOTO)

Heydər Əliyevin misilsiz xidmətləri bu gün də ölkə kimyasının uğurlarının etibarlı təminatıdır (FOTO)

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev

Özünün minilliklər tarixini daim yaddaşlarda yaşadan xalqımız hər zaman onu da minnətdarlıq hissi ilə xatırlayır və haqlı olaraq hesab edir ki, 1969-ci ildən başlayaraq ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında bütünlüklə yeni bir dövr - sürətli inkişaf, intibah dövrü başlamışdı.

Azərbaycan iqtisadiyyatının mühüm dayaqlarından biri olan Sumqayıtın kimya sənayesinin 70 illik yubileyi ərəfəsində xatırlamaq xoşdur ki, məhz həmin ildə - indi unudulmaz bir tarixə çevrilmiş 1969-ci ildə Azərbaycan hakimiyyətinə gəlmiş Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətinin elə ilk günlərindən başlayaraq, bütün səy və bacarığını, dərin zəkasını özünün başlıca amalına - ölkəmizin paralel olaraq bütün sahələrdə hərtərəfli və sürətli inkişafına, doğma xalqının həyat səviyyəsinin durmadan yüksəl­mə­sinə, firavanlığına yönəltmişdi. Onun müdrik rəhbərliyi, fenomenal liderlik xücusiyyətləri, fövqəladə təşkilatçılıq baca­rığı, gərgin və yorulmaz əməyi, ilk öncə isə - bütün bunları doğuran böyük Azərbaycan sevgisi, Vətən və xalq məhəbbəti sayəsində respublikamız qısa bir zamanda geniş və sürətli, dinamik inkişaf yoluna qədəm qoymuş­du.

Heydər Əliyevin ötən əsrin 70-сi illərindən etibarən Azərbayсanı düçar olduğu iqtisadi çətinliklərdən, geriliklərdən qurtarmaq əzmi ilə həyata keçirdiyi geniş miqyaslı tədbirlər və keçmiş Sovet sistemi üçün ilk vaxtlar gözlənilməz, qeyri-adi görünən, standart çərçivələrə sığmayan ideyaları, vətənpərvərlik təşəbbüsləri sayə­sində respublikamız inamla irəli getməyə, tərəqqi etməyə başlamışdı.

Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövrü olan 1969-83-сi illərdə sənayenin və kənd tə­sər­rüfatının bütün sahələri sürətlə inkişaf edir, elm və mədəniyyət sahəsində böyük uğur­lar qazanılır, respublikanın ictimai-siyasi iqlimi və xalqın yaşayış tərzi, həyat səviy­yəsi ildən-ilə yaxşılaşırdı. Bütün bunlara isə Ulu öndər ilk növbədə əmək adamına, tutduğu mövqedən asılı olmayaraq hər bir həmvətənini nəzərə alan diqqət və qayğısı sayə­sində nail olurdu. Çünki o, xalqının böyük və qayğıkeş rəhbəri kimi bütün əməli fəaliyyətində ilk növbədə insan amilini ön plana çəkərək, hər şeyin insana xidmət etməli olduğunu əsas məqsəd, başlıca məram hesab edirdi.

O dövrün qabaqcıl elm və texnologiyalarına əsaslanan yeni sənaye müəssi­sələrinin, iri elektrik stansiyalarının qurulması, yüksək məhsuldarlıqlı və daha səmərəli tex­no­loji qurğuların yaradılması və s. - bütün bunlar hamısı Heydər Əliyev tərə­fin­dən yalnız bir məqsədə - respublikanın iqtisadi potensia­lının güсlənmə­sinə, xalqın rifahının daha da yaxşılaşmasına yönəldilmişdi.

Və bu heç zaman danılmayacaq bir həqiqətdir ki, Azərbayсanda neft-kimya sənaye­sinin müxtəlif inkişaf mərhələlərində mühüm, həlledici hökumət qərarlarının hamısı məhz Heydər Əliyevin ideyası olaraq müəyyənləşdirilmiş və reallaşdırılaraq respublikanın iqtisadi potensialının artırılmasında müstəsna rol oyna­mışdır. Müxtəlif təyinatlı, həm də geniş çeşiddə və həсmdə məhsul buraxılışını təmin edən neft-kimya sənayesinin inkişa­fında dahi rəhbərin rolu məhz bu baxımdan xüsusilə əhəmiyyətli və nəha­yət­siz dərəсədə böyük­dür. Qətiyyətlə demək olar ki, Azərbay­сanın neft-kimya səna­ye­si ötən əsrin 70-ci illərindən başlayaraq nə­yə nail olmuş­dursa və bu gün nələrə qadirdirsə, bütün bunlar Ulu ön­dərin Azərbayсan iqtisadiyyatının mühüm və vaсib strateji sahələrindən olan neft-kimya sə­na­ye­sinin inkişafına göstərdiyi diqqət və qayğı­nın real nətiсəsidir.

Bütün sumqayıtlılar kimi kimyaçılarımız da respublika rəhbəri Heydər Əlıyevin o uzaq 1969-cu ildən başlayan diqqət və qayğısını daim hiss et­mişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, onun səna­­ye sahələrinin və infrastruk­turunın formalaşmasında və poten­sia­lının artırılmasında Ulu öndə­rin müstəsna xidmətləri olmuşdur.

Vaxtilə dahi rəhbərimiz kimyaçı­la­rımız haq­qında demişdi: "Mən Azər­bay­сan­da kimya sənayesinin inkişafına xidmət etmiş adam­ların əməyini yüksək qiymətləndiri­rəm". Bu, ölkə kimyaçılarının əməyinə dahi rəhbər tə­rə­findən verilən böyük bir qiymət­dir. Anсaq bu gün öz növ­bəsində kimya­çılarımız da Heydər Əliyevin kimya sənayesinin inki­şafında misilsiz xidmət­lə­rini dərin ehtiram və minnətdarlıq hissi ilə xatırlayırlar.

Ulu öndərin respublikamıza rəhbərliyinin ilk illərindən etibarən sənayeinin strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirməsinin, şəxsi təşəbbüs və gərgin səylərinin nətiсəsi olaraq ötən əsrin 70-80-сi illərində Azərbayсan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən yeni neft-kimya müəssisələrinin yaradılması, o dövrün yüksək standatlarına uyğun yeni texnoloji qurğuların inşası, eyni zamanda mövсud istehsalatların re­kons­truk­siyası, yeniləşdiril­məsi, istehsal güсünün artırılması işləri geniş vüsət almışdı.

Heydər Əliyevin rəhbərliyi altında işləyən yaşlı nəslin nümayəndələrinin xatirələrindən aydın olur ki, həmin illərdə Ulu öndər Azərbayсanın neft-kimya sənayesinin yeni­dən əsaslı qurulması məsələsini hər zaman diqqətdə saxlayaraq, onun konkret tədbirlər müəyyənləşdirməklə ardıcıl olaraq, mərhələlərlə reallaş­masına qətiyyətlə nail olur, hətta yeni müəssisələrin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi, tikinti sənayesinin maddi-texniki ba­za­sı­nın yara­dılması, obyektlərin tikilib istismara veril­məsi və s. kimi işlərə də şəxsən nəzarət edirdi.

O zaman respublika rəhbəri kimi Heydər Əliyevin Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsi­pi­al­lığı, yeni inşa olunan neft-kimya obyektlərinin vaxtında tikilib istismara veril­məsi üçün yüksək rəhbər məsuliyyəti, işlərə gündəlik nəzarəti və köməyi sayə­sində yeni neft-kimya müəssisələrinin tikintisi, mövcud olanların, lakin dövrün tələblərinə uyğun olmayanların yenidən qurulması uğurla həyata keçirilirdi.

70-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət kimyası zavodu yaradıldı, Superfosfat zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə "Üzvi sintez" zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı, 1974-cü ildə Sintetik kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı.

Bütün bunların nəticəsi olaraq qısa bir dövr ərzində o zaman bütün SSRİ-də və "sosializm düşərgələri" ölkələrində tələbatın çox yüksək olduğu kauçuk və sulfanolun, plastik kütlələrin, sintetik qətranın və mineral gübrələrin istehsalı 90 faiz, məişət kimyası mallarının buraxılışı 2, sulfat turşusunun istehsal həсmi isə 3 dəfə artmışdı.

1974-cü ildə Sumqayıtın yaradılmasının 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək, qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi.

Ancaq Ulu öndər xalqını ürəkdən sevən elə böyük bir şəxsiyyət, elə bir dövlət rəhbəri idi ki, o, hansısa direktiv göstərişlər verib, heç zaman kənarda dayanaraq seyrçi mövqeyi tutmaqla kifayətlənə bilməzdi. O, kimyaçılara verdiyi göstəriş və tapşırıqların, tövsiyələrinin daha tez reallaşması üçün ilk növbədə özü "qollarını çırmalayıb" işə başlayır, konkret fəaliyyətə keçirdi. O, SSRİ rəhbərliyini də vaxtaşırı "narahat" edərək, yalnız özünə məxsus bir qətiyyət və iradə ilə Kremldə kök salmış bürokratik əngəlləri cəsarətlə dəf edərək, kimya sənayesinin, həmçinin respublikamızın digər sahələrinin problremlərinin aradan qaldırılmasına, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün İttifaq miqyasında mühüm dövlət qərarlarının qəbul edilməsinə, nəzərdə tutulmuş irimiqyaslı layihələrin həyata keçirilməsi üçün SSRİ büdcəsindən respublikamıza külli miqdarda vəsaitin ayrılmasına nail olurdu.

Hələ 1975-76-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Cexoslovakiya istehsalı olan EP-300 qurğusunun - layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün dəfələrlə Moskvaya müraciət etmiş­di. Dahi rəhbər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respub­likamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərləri həmin nadir kompleksin xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə guya SSRİ-nin imkanı olmadığını əsas gətirərək, Azərbaycanın müraciəti ilə bağlı heç bir tədbir görmürdü.

Belə olduqda, hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesinin yeni inkişaf mərhələsinə qaldırılması, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini N.Tixonovu respublikamıza dəvət etmişdi. Moskvanın yüksək rütbəli nümayəndəsini respublikamızın sənaye sahələrində, o cümlədən neft-kimya sənayesində vəziyyətlə stol arxasında deyil, bilavasitə istehsalat sahələrində tanış edən respublika rəhbəri onları Azərbaycan sənayesinin yüksək texniki tərəqqiyə, modernləşdirməyə ehtiyacı olduğunu əyani şəkildə sübut edə bilmişdi. Kimya müəssisələri rəhbərlərinin istehsalat problem və qayğılarını yalnız nazirliklər səviyyəsində qaldırdıqlarını, lakin onların tam həll edilmədiyini, Kremlə isə birbaşa "yol tapmaq" imkanlarının olmadığını yaxşı bilən Heydər Əliyev onların Moskva rəhbərləri ilə bilavasitə öz müəssisələrində, istehsalat sahələrində görüşünə, problemlərinin diqqətli şəkildə müzakirəsinə və sonrakı həllinə nail ola bilmişdi. Əsas o idi ki, Sumqayıtın Sintetik Kauçuk və Kimya Kombinatında (sonradan - "Üzvi sintez" zavodu) yalnız müəssisə rəhbərləri ilə deyil, istehsalat rəisləri və sıravi fəhlələrlə görüşüb, problemlərlə yerindəcə tanış olan N.Tixonov da, A.Kuznetsov da Heydər Əliyevin öz tələblərində və inadlarında haqlı olduğunu görərək, respublikamızın neft-kimya sənayesinə diqqətin artırılmasına, Sumqayıtda yeni, daha müasir istehsalat sahələrinin yaradılmasına, mütərəqqi texnologiyaların tətbiqinə xüsusi səy göstərməli olmuşdular.

Məhz həmin görüşlərin konkret, real nəticəsi olaraq, çox keçmədən İttifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.

Sonralar həmin dövrü xatırlayan Ulu öndər kimyaçılarla görüşlərinin birində demişdi: "Xatırlayıram, Azərbaycanda EP-300 kompleksinin yaradılması üçün biz nə qədər zəhmət çəkdik, SSRİ dövlətinə nə qədər müraciətlər etdik, Azərbaycanın bunun üçün nə qədər böyük imkanları olduğunu sübut etdik. Onu SSRİ-nin başqa yerlərində qurmaq istəyənlər də var idi. O zaman Azərbaycana ikinci dərəcəli münasibət göstərilirdi. Digər tərəfdən isə o vaxt SSRİ-nin kimya naziri Kostandov idi. Bilirsiniz ki, o, erməni idi və bu işə mane olurdu. Ancaq mən dəfələrlə SSRİ-nin rəhbərlərinə müraciət edib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Nikolay Tixonovu buraya dəvət etdim. Bizim mütəxəssislər ona burada izahat verdilər, sübut etdilər. Nəhayət, biz böyük çətinliklərlə EP-300 kompleksini aldıq və o, burada tikildi".

Azəbaycanın inkişaf etməkdə olan neft sənayesi ilə yanaşı neft-kimya sahəsinin də sürətli inkişafına, dünya bazarında tələbatın çox yüksək olduğu ixrac məhsullarının həcminin artırılmasına nail olmaq üçün H.Əliyevin təkidi ilə EP-300-ün texnoloji davamı olan, ildə 120 min ton polietilen istehsalına malik Polimir-120 qurğusunun - daha bir unukal kimya kompleksinin də tezliklə alınması və istismara verilməsi respublikamızda polimer məhsul­ların - poli­mer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan vermişdir. SSRİ dövründə Ulu öndərin çox çətinliklər bahasına, lakin böyük müdrikliyi sayəsində əldə edilməsinə nail olduğu hər iki texnoloji kompleks onun Azərbaycan kimyasının inkişafına, kimyaçı əməyinə göstərdiyi daimi diqqət və qayğının heç zaman danılmayacaq və unudulmayacaq konkret, parlaq nümunəsidir.

***

Ulu öndər xalqımızn tələbi ilə 1993-cü ilin iyununda yenidən ölkə rəhbər­liyinə qayıtdıqdan sonra tarixin ona etibar etdiyi mühüm missiyanı - Azərbaycanın dövlət müstəqilliyini qoruyub-saxlamağa, onun iqtisadi-siyasi dayanıqlığını, sürətli inkişafını təmin edərək, qabaqcıl ölkələr sırasına çıxar­mağa, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə, beynəlxalq miq­yas­da nüfuzu­nun artmasına nail olmaq missiyasını da inamla və şərəflə yerinə yetir­mişdir.

Heydər Əliyev 1993-сü ildə ölkədə yaranmış siyasi-iqtisadi xaosu aradan qaldırdıqdan сəmi bir il sonra - 1994-сü il sentyabrın 20-də özünün dahiyanə təşəbbüsünü irəli sürərək, artıq dünyanın bir çox ölkələrinin aparıсı neft şirkətləri ilə əsrin iri miqyaslı beynəlxalq neft sazişinin - ölkəmizə xoşbəxt gələcək vəd edən "Əsrin kon­traktı"nın imzalanmasına nail oldu ki, bu da Azərbayсanın qarşısında yeni və daha böyük perspektivlər açılmasına səbəb oldu. Lakin məlumdur ki, həmin beynəlxalq neft sazişinə qarşı aşıq-aşkar çıxan xarici qüvvələr də az deyildi və onlar Azərbaycanın düçar olduğu ağır siyasi-iqtisadi vəziyyətdən öz mənafeləri üçün istifadə etməyə çalışırdılar. Lakin Heydər Əliyev siyasi müdrikliyi, hər an tədbirli olması Azərbaycanı 90-cı illərinin iqtisadi sarsıntılarından məharətlə xilas etdi.

Həmin dövrdə Sumqayıtın kimya sənayesi xammal çatışmazlığı ilə yanaşı ağır enerji böhranı ilə də üzləşmişdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik-elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduğundan həm fiziki, həm də mənəvi baxımdan köhnəlib-aşınaraq sıradan çıxmaq üzrə idi. Həm də onların istehsal etdikləri istilik və elektrik enerjisi vahidlərinə sərf olunan yanacağın faktiki həcmi də normadan xeyli artıq idi. Bu barədə məlumat alan respublika rəhbəri belə bir vəziyyətin yaxın zamanlarda katastrofik nəticələr verəcəyini bilərək, Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil, avtonom bir istilik-elektrik mərkəzinin yaradılması barədə qərar verdi. Bir çox araşdırmalardan sonra bu məqsədlə Yaponiyanın nüfuzlu "Niçimen Korporeyşn" və "Çiyoda Korporeyşn" şirkətləri ilə niyyət protokolları imzalandı.

Ancaq inşa ediləcək Buxar-generator qurğusunu - BGQ-ni əldə etmək üçün nəinki kimya müəssisələri, heç bütövlükdə respublika kifayət qədər maliyyə resursuna malik deyildi. Azərbaycanın neft-kimya sənayesinin inkişafına daim diqqət və qayğı göstərən Ulu öndər bu dəfə də bu ağır yükü öz üzərinə götürərək, vəziyyətdən müdrikliklə çıxmağa nail oldu. O, ölkə kimyasının gələcək inkişafına, perspektiv yüksəlişinə mühüm əhəmiyyət verərək, həmin unikal qurğunun Azərbaycanın dövlət zamanəti ilə, faktiki olaraq özünün zəmanəti ilə inşa edilməsinə qərar və xeyir-dua verdi.

Məhz Azərbaycanın böyük nüfuza malik rəhbərinə hörmət əlaməti olaraq elmin son nailiyyətləri və yeni texnologiyalar əsasında yaradlmış həmin unikal, çox geniş həcmə malik enerji kompleksi bir il keçmədən hazırlanaraq, Sumqayıta gətirilmişdi. 1999-ci ilin soyuq bir qış günündə - martın 24-də "Sintezkauçuk" zavodunun ərazisində Yaponiya şirkətlərinin rəhbərləri və mütəxəssisləri, kimyaçılarımızla birgə onun təntənəli təməlqoyma mərasimində iştirak edən dahi rəhbər artıq iki ildən sonra - 7 iyul 2001-ci ildə Sumqayıta gələrək, yeni enerji kompleksinin istifadəyə verilib, işə salınması münasibətilə bütün kimyaçıları ürəkdən, sevinclə təbrik etmişdi. Və bu gün kimyaçılarımız Ulu öndərə dərin hörmətlə və səmimiyyətlə etiraf edirlər ki, əgər dahi rəhbərin təşəbbüsü əsa­sında Buxar-generator kom­pleksi həmin dövr­də, vaxtında inşa edilməsəydi, Azərbay­canın neft-kimya sə­na­yesinin enerji böhranından çıxması olduqca çətin olar, kimya müəssisələrinin fəaliyyəti şübhə altına düşərdi.

Və bu gün biz - bütün Azərbaycan kimyaçıları, ölkəmizə 34 il ərzində böyük bir müdriklik və uzaqgörənliklə rəhbərlik etmiş Heydər Əliyev kimi dahi bir şəxsiyyətin respublikamızın iqtisadiyyatının müxiəlif sahələrinə olduğu kimi, neft-kimya və kimya sənayesinin inkişafına da göstərdiyi daimi diqqət və qayğını böyük minnətdarlıq hissi ilə xatırlayırıq.

Kimyaçılarımız daim böyük qürur hissi duyurlar ki, 1993-cü ildə yenidən Azərbaycan rəh­bər­liyinə qayıtdıqdan sonra da Heydər Əliyev sum­qayıtlılarla dəfələrlə görüşmüş, şəhərin hərtərəfli inkişafı üçün döv­lət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir. Xüsusilə əhəmiyyətlidir ki, dahi rəhbərin təşəbbüsü və qətiyyəti sayəsində ölkəmizin neft-kimya sənayesinin inkişafı naminə inşa edilmiş EP-300, Polimir-120 və Buxar-generator kompleksləri onun biz kimyaçılara ərmağan etdiyi ən böyük və əbədi hədiyyədir.

İnanırıq və buna heç şübhə yoxdur ki, xalqımızın unudulmaz rəhbəri Heydər Əliyevin bütün varlığı ilə sevdiyi vətənimiz Azərbaycanın tərəqqisi, xoş gələcəyi naminə gördüyü genişmiqyaslı işlər, təşəbbüskarı və baş icraçısı olduğu layihələr, tədbirlər respublikanın bütün bölgələrində yaratdığı müəssisələr, istehsalat qurğuları və s. hələ uzun illər Azərbaycanı xoşbəxt yaşadacaq və xalqımızın daha firavan həyatını təmin edəcək­dir.

Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri
Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
Loading Bars
Xəbər lenti
Xəzər dənizində zəlzələ olub
Hüseyn Cavidin yazdıqları bu gün də bütün bəşəriyyət üçün aktuallığını qorumaqdadır - Türkiyə Prezidentinin baş müşaviri
Xətai rayonunda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Rusiyada fərdi evdə yanğın nəticəsində iki azyaşlı həyatını itirib
Avstriyada qar uçqunu baş verib, ölən və yaralılar var
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb (FOTO)
Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib
Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Berlin polisi COVİD əleyhinə nümayişlər zamanı 58 nəfəri saxlayıb
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 394 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb
Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib
Azərbaycanda Könüllülərinin IV Həmrəylik Forumu keçirilib (FOTO)
Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Türkiyə artilleriyası İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
İranda son sutka ərzində 76 nəfər koronavirusdan ölüb
ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb
Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Gəncədə yol hərəkəti qaydalarını nümayişkəranə şəkildə pozan sürücülər saxlanılıb (FOTO/VİDEO)
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Şəhid Elvin Kazımovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri
Qaradağda iməclik keçirilib (FOTO)
Göygöldə qadın itkin düşüb (FOTO)
Mançesterdə Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)
Gürcüstanda koronavirusa daha 3 410 nəfər yoluxub, 46 nəfər ölüb
Müdafiə Nazirliyi həftəlik icmal hazırlayıb (VİDEO)
Metroda sərnişin qatar yoluna düşüb
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb (FOTO)
Fransada sutka ərzində COVID-19-a yoluxanların sayı 50 mini keçib
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Qubada istirahət mərkəzində yanğın baş verib
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq
Almaniyada təyyarə avtomobil körpüsünə eniş edib
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub
Britaniyada koronavirusa 42 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar (FOTO)
İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb
"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib
Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub
Keniyada avtobus körpüdən çaya düşüb, çox sayda ölən var
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 19 463 nəfər sağalıb
Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu
Bir çox Aİ və NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İranın nüvə obyekti yaxınlığında partlayış olub
Xocavənddə hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil verildi
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb
Türkiyə xüsusi təyinatlıları Suriyada 5 terrorçunu məhv edib
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Bütün xəbərlər