...

Azərbaycan gələn il cari neft-qaz hasilatı həcmini saxlamağı planlaşdırır

Energetika Materials 21 Sentyabr 2015 17:57 (UTC +04:00)
Gələn il Azərbaycanda neft-qaz hasilatının həcminin 2015-ci ildəki səviyyədə saxlanılması planlaşdırılır.
Azərbaycan gələn il cari neft-qaz hasilatı həcmini saxlamağı planlaşdırır

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Gələn il Azərbaycanda neft-qaz hasilatının həcminin 2015-ci ildəki səviyyədə saxlanılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi SOCAR-ın nümayəndəsinə istinadən xəbər verir.

Nümayəndənin sözlərinə görə, 2016-cı ildə təqribən 40 milyon ton neft və 30 milyard kubmetr qaz hasilatı planlaşdırılır: "Bu, cari il üçün planlaşdırdığımız səviyyəyə bərabərdir".

Qeyd edək ki, bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft və 30,2 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti