Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
"Neft Daşları" yatağındakı 418 A nömrəli estakadayanı meydançadan 2613 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 960-952 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.