...

Kürdəmirin 3 kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 11 Noyabr 2015 17:43 (UTC +04:00)
Kürdəmir rayonunun 3 kəndinə ilk dəfə təbii qaz verilib
Kürdəmirin 3 kəndinə ilk dəfə qaz verildi

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Bu gün 11-də Kürdəmir rayonunun daha üç kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 454 abonenti olan Köhünlü, Şüşün və Öyləqulu kəndlərinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 71 519 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti