Bakı. Trend:
Ağdaş və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 20-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Göyçay-1" və Ağdam magistral qaz kəmərləri sahəsinin "Ağcabədi" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Göyçay və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.