...

Sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə yeni quyu istismara verilib

Energetika Materials 14 Yanvar 2016 14:53 (UTC +04:00)
“Günəşli” yatağında yeni quyu istismara verilib.
Sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə yeni quyu istismara verilib

Bakı. Trend:

Bu günlərdə "Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti