...

"Günəşli"də quyu sutkalıq 70 ton neft hasilatı ilə istismara verildi

Energetika Materials 19 Yanvar 2016 17:10 (UTC +04:00)
“Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündə 272 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"də quyu sutkalıq 70 ton neft hasilatı ilə istismara verildi

Bakı. Trend:

"Günəşli" yatağındakı 15 nömrəli dərin dəniz özülündə 272 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2960-2924 metr intervaldan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti