...

"Neft Daşları"ında 11 ton neft hasilatı ilə quyu istismara verilib

Energetika Materials 22 Yanvar 2016 16:35 (UTC +04:00)

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli özülündən 2286 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Məhsuldar Qatın IX horizontundan fontan üsulu ilə məhsul verib, 2107-2085 metr intervaldan sutkalıq 11 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti