...

"Neft Daşları"nda daha bir quyu qazılır

Energetika Materials 29 Yanvar 2016 16:57 (UTC +04:00)
“Neft Daşları” yatağında yeni quyu qazılır.
"Neft Daşları"nda daha bir quyu qazılır

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 2585 saylı platformadan 2603 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2620 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti