Bakı. Elçin Hüseynov - Trend:
OPEK-in (Neft İxrac Edən Ölkələr Birliyi) əksər üzvləri təşkilatın təcili iclasının çağırılması təşəbbüsünün əleyhinədir. Trend-in "Dow Jones" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə OPEK-dəki mənbələr bildirib.
OPEK-in növbəti müntəzəm görüşü iyun ayına planlaşdırılıb. Venesuela görüşün neftin qiymətinin kəskin azalması fonunda fevral ayında keçirilməsini təklif edib. Bu təklifi Əlcəzair, Nigeriya və Ekvador dəstəkləyiblər. İclasın keçirilməsi üçün təşkilatın digər üzvlərinin də dəstəyinə ehtiyac var.
Lakin kartelin əksər üzvü təcili iclasın keçirilməsinə lüzum görmür. Onlar bu qərarı böhrandan çıxış yolunda konsensusun əldə edilməməsi ilə izah edirlər.