...

"Qərbi Abşeron"da horizontal quyu istismara verilib

Energetika Materials 9 Fevral 2016 15:23 (UTC +04:00)
Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 28 nömrəli quyu horizontal quyu qazmadan sonra istismara verilib.
"Qərbi Abşeron"da horizontal quyu istismara verilib

Bakı. Trend:

Bu günlərdə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 28 nömrəli quyu horizontal quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 807-709 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti