...

SOCAR Supsa və Ceyhan limanlarından neft ixracını azaldıb

Energetika Materials 1 Mart 2016 20:39 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin fevral ayında Supsa limanından 169 215 ton, Ceyhan limanından 1 473 411 ton, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edib.
SOCAR Supsa və Ceyhan limanlarından neft ixracını azaldıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin fevral ayında Supsa limanından 169 215 ton, Ceyhan limanından 1 473 411 ton, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 264 ton (ötən ilin analoji dövrü ilə müqayisədə 508,29 min ton), Ceyhan limanından 2 984 325 ton (3,3 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 32,48 dollara,Urals nefti 31,26 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 33,43 dollara satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti