...

"Neft Daşları"ndakı yeni quyudan sutkada 11 ton neft hasil olunacaq

Energetika Materials 10 Mart 2016 16:29 (UTC +04:00)
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
"Neft Daşları"ndakı yeni quyudan sutkada 11 ton neft hasil olunacaq

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2158 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1828-1821 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti