...

"Neft Daşları"nda daha bir quyu istismara verilib

Energetika Materials 1 Aprel 2016 18:21 (UTC +04:00)
“Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib.
"Neft Daşları"nda daha bir quyu istismara verilib

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2282 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2523-2511 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti