...

"Neft Daşları"nda yeni quyu istismara verilib

Energetika Materials 19 Aprel 2016 16:03 (UTC +04:00)
“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir
"Neft Daşları"nda yeni quyu istismara verilib

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1331-1320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti