...

"Günəşli"dəki quyulardan biri əsaslı təmirdən sonra istismara verildi

Energetika Materials 25 Aprel 2016 17:10 (UTC +04:00)
“Günəşli” yatağındakı 410 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"dəki quyulardan biri əsaslı təmirdən sonra istismara verildi

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündə 410 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2876-2858 metr intervaldan sutkalıq 65 ton neft və 12 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti