...

"Neft Daşları"ndakı quyulardan biri əsaslı təmir olunub

Energetika Materials 12 May 2016 17:36 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2297 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Neft Daşları"ndakı quyulardan biri əsaslı təmir olunub

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2297 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2295-2276 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti