...

Azərbaycanın Baş naziri "Şərq-Qərb" enerji dəhlizinin 20 illiyində iştirak etmək üçün Gürcüstana səfər edəcək

Energetika Materials 13 May 2016 17:41 (UTC +04:00)
Mayın 15-də Gürcüstanın Tbilisi şəhərində “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək.
Azərbaycanın Baş naziri "Şərq-Qərb" enerji dəhlizinin 20 illiyində iştirak etmək üçün Gürcüstana səfər edəcək

Bakı. Maksim Tsurkov - Trend:

Mayın 15-də Gürcüstanın Tbilisi şəhərində "Şərq-Qərb" enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək.

Trend-in Energetika Nazirkliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanı bu mərasimdə Baş nazir Artur Rasizadə və energetika naziri Natiq Əliyev təmsil edəcək. "Şərq-Qərb" enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə başlanır.

1996-cı il mart ayının 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilib. Uzunluğu 830 kilometr, layihə gücü ildə 5,1 milyon ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub.

1999-cu il aprel ayının 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutub. Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir. Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəmərilə 76,3 milyon ton neft nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti