Bakı. Trend:
"Darvin bankası" yatağındakı 720 nömrəli meydançadan 766 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1440 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.