...

Xəzərdə qaz quyusu istismara verilib

Energetika Materials 23 May 2016 17:44 (UTC +04:00)
“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Xəzərdə qaz quyusu istismara verilib

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündə 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2612-2592 metr intervaldan sutkalıq 55 ton neft və 120 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti