...

SOCAR 4 Balkan ölkəsi ilə IAP boru kəməri üzrə anlaşdı (YENİLƏNİB)

Energetika Materials 27 Avqust 2016 11:09 (UTC +04:00)
SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında IAP kəmərinin tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.
SOCAR 4 Balkan ölkəsi ilə IAP boru kəməri üzrə anlaşdı (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəmərinin (Ionian-Adriatic Pipeline - IAP) tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Trend Xorvatiya mətbuatına istinadən məlumat verir.

Memorandum Dubrovnikdə keçirilmiş forum çərçivəsində imzalanıb.

IAP boru kəmərini Azərbaycan qazını Avropaya tədarük etmək üçün nəzərdə tutulmuş Transadriatik boru kəmərinə (TAP) qoşmaq planlaşdırılır.

IAP vasitəsilə Azərbaycan qazının Cənub-Şərqi Avropanın bir neçə ölkəsinə tədarükləri təmin ediləcək.

516 kilometr uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina üzərindən keçərək Xorvatiyada yekunlaşacaq.

Boru kəmərinin buraxılış qabiliyyəti ildə 5 milyard kubmetr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti