...

Azərbaycanda qaz abonentlərinin sayı artıb

Energetika Materials 9 Sentyabr 2016 11:49 (UTC +04:00)
Avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12354-ü isə regionların payına düşüb.
Azərbaycanda qaz abonentlərinin sayı artıb

Bakı. Hüseyn Vəliyev – Trend:

Aqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12354-ü isə regionların payına düşüb.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 945 123-ə çatıb.

Qeyd edək ki, sentyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 131 522 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 369 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrıllb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti