Bakı. Maksim Tsurkov – Trend:
SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 802 m olan 23 saylı quyuda qazma işlərinə başlayıb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, 23 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.