...

“Neft Daşları”nda yeni quyu qazılır

Energetika Materials 13 Mart 2017 17:09 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri davam etdirilir.
“Neft Daşları”nda yeni quyu qazılır

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri davam etdirilir.

Trend SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1780 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti