...

Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır

Energetika Materials 6 Aprel 2017 11:58 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 54,71 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 54,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,31 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 5-də 50,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 5-də 53,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti