...

Ötən ay BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 8 Sentyabr 2017 10:32 (UTC +04:00)
Avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. Trend:

Avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti