...

“Transneft” zəlzələdən sonra Azərbaycandan neft nəqlini dayandırdı

Energetika Materials 16 Noyabr 2017 12:26 (UTC +04:00)
“Transneft” baş vermiş zəlzələdən sonra Bakı-Novorossiysk neft kəməri ilə nəqli dayandırıb
“Transneft” zəlzələdən sonra Azərbaycandan neft nəqlini dayandırdı

Bakı. Trend:

“Transneft” baş vermiş zəlzələdən sonra Bakı-Novorossiysk neft kəməri ilə nəqli dayandırıb.

Trend-in məlumatına görə, bunu şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib.

Onun sözlərinə görə, neft kəmərinin Şirvan sahəsində yoxlamalar aparılır. İ.Demin günorta saatlarında nəqlin bərpa olunacağı bildirilib.

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti