...

SOCAR və tərəfdaşları "ExxonMobil" və "Chevron" şirkətlərinin "Azəri-Çıraq-Günəşli"də payını ala bilər

Energetika Materials 19 Aprel 2019 12:54 (UTC +04:00)
SOCAR və onun "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi üzrə tərəfdaşları "ExxonMobil" və "Chevron" şirkətlərinin payının satın alınması üzrə tenderdə iştirak etməyi planlaşdırır
SOCAR və tərəfdaşları "ExxonMobil" və "Chevron" şirkətlərinin "Azəri-Çıraq-Günəşli"də payını ala bilər

Bakı. Trend:

SOCAR və onun "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi üzrə tərəfdaşları "ExxonMobil" və "Chevron" şirkətlərinin payının satın alınması üzrə tenderdə iştirak etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. 2017-ci ilin sentyabrında müqavilənin müddəti 2050-ci ilədək artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti