...

"Azəristiliktəchizat" "Azəriqaz"a olan 29 milyon manat borcu hələ ödəməyib - RƏSMİ

Energetika Materials 28 Noyabr 2019 08:20 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti aldığı qaza görə "Azəriqaz" İstehsalat Birliyinə (İB) olan 29 milyon manat borcu hələ ödəməyib.

Bunu Trend-ə açıqlamasında "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, borc məbləği hələ də qalmaqdadır: "Borc hələ ödənilməyib. Sadəcə olaraq biz əhalinin istilik sistemi ilə təmin edilməsi üçün yenidən qazın açılışını bərpa etdik. "Azəistiliktəchizat" iddia edir ki, əhaliyə istilik sisteminin verilməsində qiymət ucuz olduğu üçün onlar həmin məbləği ödəyə bilmirlər. Yəni onlar əhalidən istilik sisteminə görə ödənişləri alır, amma bu, qazın ödənişinə çatmır. İndiyə qədər bizdən aldığı borcun 30 faizini ödəyə bilməyib. Biz isə aldığımız qazın məbləğini Azərbaycan Dövlət Neft Şirkətinin digər qurumuna tam ödəyirik. Bizim ödəmələr tam şəkildə həyata keçir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti