...

Dünya Bankından neft qiymətləri ilə bağlı proqnoz

Energetika Materials 6 Yanvar 2021 11:24 (UTC +04:00)
Dünya Bankından neft qiymətləri ilə bağlı proqnoz

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə neft qiymətlərinin bir barel üçün 44 dollar ətrafında olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının hesabatında deyilir.

Proqnoza əsasən, neftin bir barelinin qiyməti 2022-ci ildə 50 dollaradək qalxacaq.

Hesabatda qeyd olunur ki, neft qiymətləri ilə bağlı əsas risklər hazırda davam edən pandemiya, sərt karantin tədbirləri və ölkələr arasında səfərlərin kəskin azalmasıdır. Bununla belə, vaksinlərlə bağlı yayılan müsbət xəbərlər həmin risklərin təsirini bir qədər yumşaldır.

Dünya Bankı qeyd edir ki, 2020-ci ildə neftin orta qiyməti 41 dollar/barel səviyyəsində olub. Bu rəqəm 2019-cu illə müqayisədə 34 faiz azalıb. Neftə tələbat isə 9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti