...

Ötən il "Petkim"in ixracı 37 faizədək azalıb

Energetika Materials 8 Fevral 2021 19:20 (UTC +04:00)
Ötən il "Petkim"in ixracı 37 faizədək azalıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Petkim" neft-kimya kompleksinin ixracı 37 faizədək azalıb.

Trend-in məlumatına görə, bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya şöbəsinin rəhbəri Anar Məmmədov "Bloomberg" televiziyasına müsahibəsində deyib.

O bildirib ki, ötən il pandemiya ilə əlaqədar çətinliklər nəzərə alınaraq ixrac azaldılıb:

"Biz ötən il diqqətimizi daxili bazara yönəltdik. Adətən bizim ixrac 40-45 faiz təşkil edirdisə, ötən il 37 faizədək azalıb".

A.Məmmədov əlavə edib ki, bəzi dairələr "Petkim"in ixraca yönəldiyini və bununla da yerli şirkətlərə problem yaratdığını bildirir:

"Bu, tamamilə doğru deyil. Əksinə, biz ötən il məhsulun böyük hissəsini daxili bazarda reallaşdırmışıq. Biz düşünmürük ki, COVID-19 problemi yaxın zamanlarda düzələcək, ona görə də 2021-ci ildə də diqqətimizi yerli bazara yönəldəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti