...

Azərbaycan 2022-ci ildə neft hasilatını artıracaq - EIA

Energetika Materials 13 İyul 2021 17:45 (UTC +04:00)
Azərbaycan 2022-ci ildə neft hasilatını artıracaq - EIA

Bakı. Sədrəddin Ağcayev - Trend:

2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 2021-ci illə müqayisədə 400 min barel çox olacaq.

Trend bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) "Short-Therm Energy Outlook" iyul hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2022-ci ildə Azərbaycanda orta sutkalıq neft hasilatı 760 min barel/sutka səviyyəsində olacaq.

Qeyd edək ki, iyun ayında Azərbaycanda neft hasilatı (kondensat da daxil olmaqla) 705,1 min barel/sutka təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti