...

Avropada təbii qaz yenidən bahalaşıb

Energetika Materials 17 Sentyabr 2021 12:31 (UTC +04:00)
Avropada təbii qaz yenidən bahalaşıb

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiymətləri 4 faiz artıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 797 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, təbii qaz iki gün əvvəl 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti