...

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb

Energetika Materials 19 Oktyabr 2021 19:39 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci il ilin yanvar-sentyabr aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,707 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz çoxdur.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 50 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9,4 faiz artıb.

Yanvar-sentyabr aylarında Azərbaycanın magistral kəmərləri ilə 25,421 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti