...

"SOCAR Türkiyə"nin ilk rəqəmsal layihəsi "Horizon Europe" proqramı çərçivəsində maliyyələşdiriləcək

Energetika Materials 4 Yanvar 2022 10:58 (UTC +04:00)
"SOCAR Türkiyə"nin ilk rəqəmsal layihəsi "Horizon Europe" proqramı çərçivəsində maliyyələşdiriləcək

Bakı. Ləman Zeynalova - Trend:

"SOCAR Türkiyə" şirkətinin Araşdırma, tədqiqat və innovasiyalar mərkəzi tərəfindən hazırlanmış "Circular TwAIn" ilk rəqəmsal layihəsi Avropa Komissiyasının "Horizon Europe" proqramı çərçivəsində maliyyələşdiriləcək.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, konsorisumda 10 beynəlxalq tərəfdaşı birləşdirən layihə iri istehsalat obyektlərində süni intellekt vasitəsilə enerji səmərəliliyini təmin edəcək rəqəmsal alətin hazırlanmasına yönəlib. "Circular TwAIn", həmçinin enerji istehlakının və karbon qazı tullantılarının azaldılmasına töhfə verəcək.

"SOCAR Türkiyə"nin Araşdırma, tədqiqat və innovasiyalar mərkəzinin baş direktoru Bilal Quliyevin sözlərinə görə, "Circular TwAIn" layihəsi çərçivəsində dayanıqlı istehsal sahəsində səmərəli nəticələrin əldə olunması üçün rəqəmsal texnologiyalardan istifadə olunacaq.

"Circular TwAIn" layihəsi enerji istehlakınını rəqəmsallaşdırılması, dayanıqlılığı və optimallaşdırılması üzrə orta və uzunmüddətli strategiyalarımızın inkişafına xidmət edəcək", - deyə o bildirib.

"Horizon Europe" Avropa İttifaqının tədqiqatlar və innovasiyalar sahəsində layihələrin maliyyələşdirilməsi üzrə aparıcı proqramdır. Bu proqram iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələri əhatə edir və BMT-nin dayanıqlı inkişaf sahəsində hədəflərə xidmət edir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti