...

"SOCAR Türkiyə"də yeni təyinat olub

Energetika Materials 6 Yanvar 2022 13:06 (UTC +04:00)
"SOCAR Türkiyə"də yeni təyinat olub

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci il yanvarın 1-dən Fuad İbrahimov "SOCAR Türkiyə"nin təbii qaz üzrə biznes bölməsinin rəhbəri vəzifələrinin icrasına başlayıb.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, o, həmin biznes bölməsinə daxil olan "Bursagaz", "Kayserigaz" və "SOCAR Enerji Ticaret" şirkətlərinin idarə olunması ilə məşğul olacaq. Təbii qaz üzrə biznes bölməsi öz müştərilərinə SOCAR brendi ilə qaz və elektrik enerjisi tədarükü, ticarəti və topdan satışı üzrə xidmətlər göstərir. Həmin struktur, həmçinin "Bursagaz" və "Kayserigaz" brendləri ilə təklif ounan təbii qaz paylaşdırılması xidmətlərini göstərir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti